LNG bazarının OPEC+ tipdə sazişə ehtiyacı var – Tankayev

LNG bazarının OPEC+ tipdə sazişə ehtiyacı var – Tankayev

Bu gün Rusiya prezidenti Vladimir Putin Qətər əmiri Tamim Bin Hamad əl Tani ilə görüşəcək.

OilGas.az xəbər verir ki, Qətər əmiri artıq Moskvadadır. Görüş zamanı ticari-iqtisadi əməkdaşlıq məsələsi başlıca müzakirə obyekti olacaq.

Ekspertlər ikitərəfli danışıqlarda əsas diqqətin Qətərin hazırda liderlik etdiyi maye təbii qaz bazarının perspektivlərinə yönəldiləcəyini düşünürlər. Hətta analitiklər LNG terminalların tikintisi üzrə bütün nəhəng layihələrin həyata keçirilməsindən sonra Rusiyanın istrehsal həcminə görə Yaxın Şərq monarxiyasını ötəcəyini proqnozlaşdırırlar.

“İnfoTEK-Terminal”ın baş direktoru Rüstəm Tankayev hesab edir ki, belə olan təqdirdə balanslaşdırma məsələsi gündəmə gələcək. Belə ki, Rusiya bazarı LNG qazla doldurarsa, qiymətlər ucuzlaşacaq, bu isə arzuolunan nəticə deyil.

Tankayev çıxış yolu kimi OPEC+ şəklində sazişin hazırlanmasını təklif edib:

“Hansısa formada bazarın işini koordinasiya etmək lazımdır. Çünki bazarı doldura və qiymətlərin ucuzlaşmasına səbəb ola bilərik. Bunu isə qətiyyən istəmirik. Ona görə də, OPEC+ tipdə saziş düşünüb hazırlamaq lazımdır. Hansı ki, nəhəng qaz ixracatçıları birləşdirəcək və onları mövqelərini koordinasiya etməyə imkan yaradacaq”.

151 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ