Liviyanın ən böyük neft yatağında hasilat dayanıb

Liviyanın ən böyük neft yatağında hasilat dayanıb

Liviyanın ən böyük neft yatağı Şararada neft hasilatı dayandırılıb.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb işçilərin etiraz aksiyası keçirməsi olub.

Liviya Milli Neft Korporasiyası (NOC) 3 gün ərzində yataqda hasilatın tam həcmdə bərpa olunacağını elan edib. Hazırda dövlət şirkəti etiraz edən işçilərlə görüşərək problemi həll etməyə çalışır.

Qeyd edək ki, etiraz aksiyası iyunun 7-də başlayıb.

Şarara neft yatağı 1980-ci ildə kəşf olunub və Petrom şirkəti tərəfindən işlənilib. Yatağın ümumi kəşfiyyat ehtiyatları 3 milyard barel təşkil edir.

Liviya son 3 il ərzində neft hasilatını maksimal səviyyədə artıraraq gündəlik 827 min barelə çatdırıb. Şarara yatağının hasilatı isə 250 min barelə bərabərdir. Bununla yanaşı, yatağın istehsal gücü gündəlik 330 min barel olaraq qiymətləndirilir.

OilGas.az

 

216 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ