Liviyanın ən böyük neft yatağında hasilat dayandırıldı – Silahlı basqın

Liviyanın ən böyük neft yatağında hasilat dayandırıldı – Silahlı basqın

Liviyanın ən böyük neft yatağı olan “Şarara”da hasilat dayandırılıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Liviya milli neft şirkətindəki (National Oil Corp., NOC) mənbə məlumat verib.  Bazar günü silahlı şəxslər yataqda çalışan işçiləri hasilatı dayandırmağa məcbur ediblər.

Qeyd edək ki, sentyabrın 27-ə olan göstəricilərə əsasən, “Şarara”da neft hasilatı həcmi gündəlik 230 min barelə çatıb. Bloomberg agentliyinin təqdim etdiyi məlumatlara görə, yataq bağlandıqdan sonra Liviyada neft hasilatı gündəlik 750 min barelə düşüb.

OilGas.az

190 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ