Liviyada siyasi problemlər neft hasilatının azalmasına səbəb olub

Liviyada siyasi problemlər neft hasilatının azalmasına səbəb olub

Liviyanın Əz-Zəviyyə terminalında yaranan fors-major şərait neft hasilatının 140 min barel/gün və ya 20% azalaraq 560 min barel/günə çatmasına səbəb olub.
“Report”un “Forexpf.ru” saytına istinadən verdiyi xəbərə görə, buna səbəb ölkədəki siyasi proseslərdir. Qeyri-rəsmi mənbələrdən əldə olunan məlumatlara görə Liviyanın Şarar yatağından Əz-Zəviyyə terminalına nəql olunan neft kəmərinin fəaliyyəti dayandırılıb.
ABŞ-ın “Energy Aspects” araşdırma konsaltinq şirkətinin London təhlilçisi Riçard Mallisonun fikrincə, Liviya neftinin itkiləri neft bazarında bir anda hiss edilidi. Bunun nə qədər davam edəcəyi isə qeyri-müəyyəndir.
“Report”un analitik qrupu bildirir ki, Liviyanın neft hasilatının azalması xəbəri ABŞ-da neft ehtiyatlarının artaraq rekord həddə çatması xəbəri ilə kompensasiya edilib. Bu səbəbdən neft qiymətləri kəskin dəyişiklik göstərməyərək 51 dollar/barel səviyyəsində qalmaqda davam edir.

OilGas.az

425 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ