Liviyada neft hasilatı maksimum həddə çatdı

Liviyada neft hasilatı maksimum həddə çatdı

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bununla da ölkə neft hasilatında 4 illik maksimumu (gündəlik 1milyon barel) yeniləməyə çox yaxındır.

Mənbənin məlumatına görə, ölkədə neft hasilatı həftə ərzində gündəlik 935 min bareldən bu həddə yüksəlib.

Qeyd edək ki, Liviya 1962-ci ildən Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvüdür. 2016-cı ilin noyabrında OPEC və kartelə daxil olmayan 11 ölkə neft hasilatının azaldılması barədə saziş imzalayarkən Liviya üzərinə heç bir öhdəlik götürməyib.

OilGas.az

 

259 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ