Liviya və Nigeriya Vyana sazişinə qoşulmalıdır – Nazirdən təklif

Liviya və Nigeriya Vyana sazişinə qoşulmalıdır – Nazirdən təklif

Liviya və Nigeriya neft hasilatının azaldılması barədə Vyana sazişinə qoşulmalıdırlar.

OilGas.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak Financial Times qəzetinə müsahibəsi zamanı bildirib.

“Hesab edirik ki, Liviya və Nigeriyada hasilat stabilləşən kimi bazarda qeyri-müəyyənlik azalar. Bu isə həmin ölkələrə bazarın stabilləşməsində iştirak etmək imkanını nəzərdən keçirmək üçün şərait yaradar. Düşünürəm ki, bu ölkələr digər məsuliyyətli neft istehsalçılarına qoşulmalı və bazarın stabilləşməsinə öz töhfələrini verməlidirlər”.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da kartel 14 OPEC ölkəsi üçün neft hasilatına dair gündəlik 32,5 milyon barel kvotasını tətbiq edib. Saziş 2017-ci il yanvarın 1-dən qüvvəyə minib.

OilGas.az

 

227 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ