Liviya nümayəndəsi OPEC-in görüşündə iştirak etməyəcək

Liviya nümayəndəsi OPEC-in görüşündə iştirak etməyəcək

Liviyanın OPEC-dəki nümayəndəsi Mohamed Oun və Liviyanın OPEC-dəki nümayəndə heyətinin rəhbəri Mossa Elkony OPEC və kartelə daxil olmayan ölkələrin görüşündə iştirak etməyəcək.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu barədə karteldəki mənbə məlumat verib. Ölkəni görüşdə kimin təmsil edəcəyi hələ ki məlum deyil.

Ötən gün Vyanada neft hasilatının azaldılması üzrə sazişin monitorinqini aparan nazirlər komitəsi müddəti daha 9 ay uzatmağı və neft hasilatının azaldılması həcminin olduğu kimi saxlanılmasını tövsiyə edib. OPEC və kartelə daxil olmayan ölkələrin mayın 25-də keçiriləcək görüşündə yekun qərarın qəbul edilməsi gözlənilir.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Liviya və Nigeriya hasilatın məhdudlaşdırılması üzrə heç bir öhdəlik götürməyiblər.

OilGas.az

416 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ