Liviya ev tapşırığından narazıdır

Liviya ev tapşırığından narazıdır

Liviya neft hasilatı üzrə ölkənin kvotasını yüksəltmək üçün OPEC-lə danışıqlar aparır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Liviya xarici işlər naziri Məhəmməd Tahir Siyala deyib. Onun sözlərinə görə, Liviya gündəlik hasilatı 1,5-1,6 milyon barelə qədər artırmaq istəyir.

Nazir qeyd edib ki, ölkədə hazırda gündəlik 1,1 milyon barel neft hasil edilir və bu çox yaxşı rəqəmlərdir.

“Hazırda OPEC-lə müzakirə aparırıq. Hasilat həcmini gündəlik 1,5-1,6 milyon barel həddində təsdiqləməklərini istəyirik. Bu sektorda çox yaxşı işlədiyimizi düşünürəm”,-deyə XİN başçısı bildirib.

Qeyd edək ki, 2016-cı ilin sonunda OPEC və kartelə daxil olmayan neft ölkələri hasilatın gündəlik ümumi olaraq 1,8 milyon barel azaldılması barədə Vyana sazişi imzalayıblar. 2017-ci ilin birinci yarımilliyi üçün bağlanan saziş daha sonra 2018-ci ilin sonuna qədər uzadılıb.

Silahlı qruplaşmaların fəaliyyəti nəticəsində iqtisadiyyatı zərər görən Liviya və Nigeriya daha öncə saziş çərçivəsində heç bir öhdəlik götürməyib. Lakin noyabrın 30-da Vyana sazişi iştirakçılarının görüşündə 2018-ci ildən etibarən Liviya və Nigeriyada hasilat həcminin 2017-ci il səviyyəsində saxlanılmasına qərar verilib. Beləliklə Liviya gündəlik neft hasilatını təxminən 1 milyon barel, Nigeriya isə 1,8 milyon barel həcmində saxlamalıdır.

OilGas.az

75 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ