Lənkəran və Bakının bu rayonlarında qaz olmayacaq

Lənkəran və Bakının bu rayonlarında qaz olmayacaq

Bu gün səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, M.Sənani və akademik Həsən Əliyev küçələrində qaz təminatında fasilələr yaranacaq.

Bu barədə Oilgas.az-a “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

Həmçinin bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub qərb hissəsində yerləşən yanacaq doldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək. Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.

Saat 10:00-dan 16:00-dək isə təmir işlərinin aparılmasına görə Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.

31 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ