Lenin Ekvadoru neft böhranından xilas edə biləcəkmi?

Lenin Ekvadoru neft böhranından xilas edə biləcəkmi?

Böyük oktyabr inqilabından 100 il sonra Lenin yenidən hakimiyyəti ələ keçirdi. Sosialist, Ekvadorun keçmiş vitse-prezidenti Lenin Moreno ötən həftə 51% səs toplayaraq prezident seçkilərində qalib gəldi.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Lenin yeraltı təkanlardan sonra dağılan şəhərləri bərpa etməkdən başlayaraq aşağı qiymətli neft ucbatından zəif iqtisadi inkişafa, çoxsaylı korrupsiya araşdırmalarına qədər ölkənin bir sıra problemləri ilə üzləşməli olacaq.
Neft bir çox anlamda Ekvador iqtisadiyyatının çiçəklənməsində başlıca rol oynayır. Belə ki, neft Ekvador ixracatının 34%-ni təşkil edir. Buna görə də, Morenonun neft soktoru üçün qəbul edəcəyi qərarlar bütünlüklə ölkə iqtisadiyyatına mühüm təsir göstərəcək.
Ekvadorun 2 başlıca neft növü Oriente və Napo hər barelə görə müvafiq olaraq 49-50$ və 40-41$ aralığında satılır. Ötən ilin aprel ayında Oriente-Napo üzrə ümumi qiymət hər barelə görə 34,3$ təşkil edib.

OilGas.az

204 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ