Kürd nefti artıq başqa boru ilə daşınır

Kürd nefti artıq başqa boru ilə daşınır

İraqdan və İraq Regional Kürd Hökümətindən Türkiyəyə ixrac olunan neft artıq başqa-başqa boru xətləri ilə nəql olunur.

OilGas.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər hər iki mənbədən gələn neftin ümumi həcmi 600 min barel idi. Hazırda isə həmin boru xəttinə paralel olan xətt yenidən bərpa olunub və istifadəyə verilib. İndiyə qədər 90 min barel Kərkük nefti İraq neftindən ayrı nəql olunub. İxrac olunacaq neftin digər hissəsi isə Ceyhanda yerləşən bazaya göndəriləcək və buradan nəql olunacaq.

Qeyd edək ki, gündəlik Türkiyəyə 220-240 min barel həcmində kürd nefti daşınır.

238 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ