Küləyin fəsadları – Ağac qaz xəttinin üzərinə aşdı 

Küləyin fəsadları – Ağac qaz xəttinin üzərinə aşdı 

Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

“Azəriqaz” İstehsalat Birliyindən Oilgas.az-a verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.

Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

90 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ