Kulevi neft terminalında yeni blok qazanxana inşa edilib

Kulevi neft terminalında yeni blok qazanxana inşa edilib

SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalında yeni blok qazanxana inşa olunub.

AZƏRTAC terminalın saytına istinadla xəbər verir ki, Kulevi neft terminalı daim müxtəlif neft məhsullarının digər bazara daşınması ilə bağlı müxtəlif abadlıq tədbirləri görür. Hazırda neft emalı üzrə zavodlar xam nefti daha dərin səviyyələrdə emal edir və bu da çox neft məhsullarının alınmasına gətirib çıxarır. Terminalın prioriteti neft məhsullarının yüklənməsi, saxlanması və daşınması üçün müasir tələblər üzrə tempini qoruyub saxlamaqdır. Kulevi neft terminalında bu sahədə bütün qabaqcıl metodlar öyrənilir və müvafiq texniki modernləşdirmə işləri planlaşdırılır.

Mazutun yüklənməsi üzrə texnoloji proseslərin təkmilləşdirilməsi və terminalın istilik gücünü artırmaq üçün paylayıcı istilik şəbəkələri sahəsində yeni qazanxana tikilib. Qazanxana Avropa standartlarına uyğun inşa edilib. Yaxın bir neçə gün ərzində qazanxana üzrə tam istehsal bloku da terminalın ərazisinə gətiriləcək. Qazanxananın blok sistemi tam avtomatlaşdırılıb, səmərəli istismar üçün rahatdır.

Yeni qazanxananın istifadəyə verilməsi ilə qatı yanacaqların daşınmasında səmərəliliyin əhəmiyyətli dərəcədə artması gözlənilir.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir aydan sonra limana ilk tanker yan alıb.

Oilgas.az

398 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ