“Kriptovalyutalardan gəlir əldə edənlər vergi ödəməlidir” – Nazirlik

“Kriptovalyutalardan gəlir əldə edənlər vergi ödəməlidir” – Nazirlik

“Kriptovalyutalarla əməliyyatlar fiziki şəxslər arasında aparılır və bunlar qeyri-sahibkarlıq fəaliyyətinə aiddir”.

OilGas.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda” forumda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.

Onun sözlərin görə, vergi qanunvericiliyinə əsasən, rezident vergi ödəyicisinin gəliri Azərbaycan Respublikası ərazisində və ölkən hüdudlarındakı gəlirlərdən ibarətdir: “Qeyri-rezident vergi ödəyicisinin gəliri isə Respublikada mənbəyindən əldən edilən gəlirdən ibarətdir. Kriptovalyutalarla bağlı vergiyə cəlb edilmə məsələsinə gəlincə, deyə bilərəm ki, bu əməliyyatlar fiziki şəxslər arasında aparılır və qeyri-sahibkarlıqdan əldə edilən gəlirlərə daxil edilir. Həmin şəxslər vergi orqanlarında uçota durmalı, VÖEN almalı, bəyannamə təqdim etməli və dövlət büdcəsinə vergi verməlidirlər,” – deyə Ş. Ərəbov qeyd edib.

284 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ