Kriptovalyutalar bir neçə il sonra yoxa çıxacaq – Medvedev

Kriptovalyutalar bir neçə il sonra yoxa çıxacaq – Medvedev

“Kriptovalyutalar bir neçə il sonra yoxa çıxa bilər”.

OilGas.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib. Hökumət başçısı kriptovalyutanın inkişafını internetin təkamülü ilə müqayisə edib. Onun sözlərinə görə, internetin yaranmasından sonra onun inkişafı ilə məşğul olan şirkətlər bazardan çıxdılar:

“Kriptovalyutalar da bir neçə il sonra məhz belə yoxa çıxa bilərlər. Onların əsasında inkişaf etdikləri texnologiya – blokçeyn isə gündəlik reallığın bir parçası olacaq”.

Medvedev etiraf edib ki, hələ bir neçə il əvvəl kriptovalyutanın meydana çıxacağını təsəvvür etmək çətin idi.

467 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ