Kriptovalyuta yaradıcısından xəbərdarlıq – Hər an sıfırlana bilər

Kriptovalyuta yaradıcısından xəbərdarlıq – Hər an sıfırlana bilər

“Ethereum”un (ETH) yaradıcısı olan Vitalik Buterin kriptovalyutaya dair önəmli açıqlamalar verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, o, kriptovalyutaların dəyərinin hər an sıfırlana biləcəyini qeyd edib.
Buterin kiçik investorlara aşağı riskli yatırımlara üz tutmalarını tövsiyə edib.

Son dönəmlərdə tez-tez rast gəlinən kriptovalyuta fırıldaqçılığına diqqət çəkən Buterin insanları ehtiyatlı olmağa çağırıb.

Twitter sosial şəbəkəsində özü də daxil olmaqla bir sıra tanınmış şəxsin adına hesablar açıldığını qeyd edən kriptovalyuta yaradıcısı bu hesablardan gələn təkliflərin tələ olduğunu bildirib.

409 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ