Kriptovalyuta birjasına kiber hücum – Zərər 40 milyard dolları ötdü

Kriptovalyuta birjasına kiber hücum – Zərər 40 milyard dolları ötdü

Kriptovalyuta birjası kiber hücuma məruz qalıb.

OilGas.az  xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın kriptovalyuta birjası “Coinrail”in kiber hücuma məruz qalması bu sahəni iflic edib. Sadəcə 24 saat içində itki 40 milyard dolları ötüb.

“Coinrail” artıq kiber hücumun qarşısının alındığını bildirib. Tədavülə buraxılan kriptovalyutanın 70%-i oğurlanıb, yerdə qalan hissənin 2/3-si isə dondurularaq mühafizə olunub.

Qeyd edək ki, kiber hücumdan sonra, “Bitcoin” da daxil olmaqla, “Ether”, “Ripple”, “Bitcoin Cash”, “CoinDesk” kimi kriptovalyutalar 10-15%-ə qədər dəyər itirib.

239 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ