Kömür mədənində partlayış – Yaralılar var

Kömür mədənində partlayış – Yaralılar var

Türkiyənin Şırnak vilayətində yerləşən kömür istilik stansiyasında partlayış baş verib.

OilGas.az türk KİV-lərinə istinadən xəbər verir ki, istilik stansiyasında kömür çıxartmaq üçün dinamitdən istifadə olunarkən partlayış qeydə alınıb. Hadisə yerinə çox sayda təcili tibbi yardım və xilasetmə işçiləri cəlb olunub.

Partlayış nəticəsində mədənin mühəndisi Zeynel Tuğargöl, işçilər Musa Yelboğa və Mustafa Yürükbaş yaralanıb. Yaralılar ilkin tibbi yardımdan sonra Silopi Dövlət Xəstəxanasına çatdırılıblar. Onların müalicəsi hələ də davam edir.

Hadisə ilə bağlı istintaq başladılıb.

OilGas.az

463 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ