Kiprdə gərginlik: Qaz yatağı türk və yunanları qarşı-qarşıya qoydu

Kiprdə gərginlik: Qaz yatağı türk və yunanları qarşı-qarşıya qoydu

Yunanlara aid “Saipem 12000” adlı neft platforması Kipr sahillərindəki təbii qaz yatağına daxil olub.

OilGas.az xəbər verir ki, Türkiyə də bölgəyə “Barbaros” seysmik araşdırma gəmisini göndərir. Nəticədə Kipr sahillərindəki təbii qaz yataqları yenidən türk və yunanları qarşı-qarşıya qoyub.

Məlumata görə, Cənubi Kipr (Kiprin yunanlara aid hissəsi) “Saipem 12000” neft platformasını ötən gecə Kalipso təbii qaz yatağına çıxarıb. Bu xəbər Türkiyə tərəfini də hərəkətə gətirib. Belə ki, Türkiyəyə aid seysmik araşdırma gəmisi “Barbados” da bölgəyə doğru yola çıxıb.

Cənubi Kipr tərəfi yaxın zamanda bölgənin ən önəmli enerji tədarükçüsünə çevrilməkdə qərarlı olduğunu və bu hədəfə çatmaq üçün lazımi hər şeyi edəcəyini açıqlayıb.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyəti Kipr sahillərindəki rezervlərdən çıxarılacaq təbii qazdan pay tələb edir.

Aralıq dənizinin şərqində təbii qaz yatağı olan 3 əsas bölgə var: Kiprin cənubundakı Leviafan, Kipr, Livan və İsrail arasındakı Tamar-Dalit və Qəzza sahillərindəki Mari B Field bölgələri.

Cənubi Kipr Aralıq dənizinin şərqindəki neft və qaz yataqlarının olduğu əraziləri qonşu ölkələrlə razılaşmalar imzalayaraq paylaşmağa çalışır. 2003-cü ildə Misir, 2007-ci ildə Livan və ən son 2010-cu ildə İsrail ilə anlaşma imzalanıb.

Türkiyə isə bu anlaşmalarda müəyyən olunmuş sərhədləri tanımır.

OilGas.az

453 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ