Hindistanda kimyəvi zavodda güclü yanğın: Ölən və yaralananlar var

Hindistanda kimyəvi zavodda güclü yanğın: Ölən və yaralananlar var

Hindistanın qərbində yerləşən kimyəvi zavodda güclü yanğın baş verib.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, yanğına elektrik sistemində baş verən partlayış səbəb olub. Bu da sənaye obyektində təhlükəsizlik qaydalarına riayət olunmadığını üzə çıxarıb.

Hazırda yanğını lokallaşdırmaq mümkün olub. Lakin yanğınsöndürənlər briqadası hadisə yerinə çatmazdan öncə, alov 32 qonşu zavoda da keçib.

Faktla bağlı araşdırma başlanıb.

1074 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ