Kimya zavodunda partlayış: Yaralanan və itkin düşən var – VİDEO

Kimya zavodunda partlayış: Yaralanan və itkin düşən var – VİDEO

Kimya zavodunda güclü partlayış baş verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında qeydə alınıb. Partlayış nəticəsində bir nəfər ağır xəsarət alıb. Daha bir nəfər itkin hesab olunur.

Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yerli hakimiyyət orqanları partlayışın dumanından təsirlənən hər kəsə həkimlərə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, partlayış baş verən zavodda sabun və müxtəlif turşular istehsal olunur.

3619 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ