Kərkük-Baniyas neft kəməri bərpa olunur – Rəsmi açıqlama

Kərkük-Baniyas neft kəməri bərpa olunur – Rəsmi açıqlama

İraq Kərkükdən Suriyanın Baniyas şəhərinə gedən neft kəmərinin bərpası üzərində çalışır.

OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri məlumat verib.

“İraqın və digər ölkələrin marağında olan, iqtisadiyyatı möhkəmləndirən hər şeyi qəbul edir və üzərində çalışırıq”, -deyə nazir qeyd edib.

Kərkük-Baniyas neft kəməri ötən əsrin 50-ci illərində inşa olunub. Uzunluğu 880 km olan kəmərlə gündəlik 300 min barel neft nəql olunub. Neft bu kəmər vasitəsilə İraqın şimal yataqlarından Suriyanın Homs şəhərində yerləşən neftayırma zavoduna, oradan isə Baniyas limanında Aralıq dənizi terminalına çatdırılıb.

137 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ