Kartelin Avropa və Asiya ayrıseçkiliyi – Nazir OPEC qarşısında tələb qaldırdı

Kartelin Avropa və Asiya ayrıseçkiliyi – Nazir OPEC qarşısında tələb qaldırdı

OPEC ölkələri Asiya və Qərb ölkələrindən olan istehakçılar üçün neft qiymətləri arasındakı fərqi aradan qaldırmalıdır.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, belə bir tələblə Hindistanın neft və qaz naziri Dharmendra Pradhan çıxış edib. O qeyd edib ki, Hindistana istehlakçıların maraqları çərçivəsində stabil və məntiqli qiymətlər lazımdır.

Nyu-Delidə OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə görüşü çərçivəsində Pradhan kartelin bu məsələni nəzərə alacağına ümid etdiyini bildirib.

OPEC-in sentyabr hesabatına əsasən, 2017-ci ildə Hindistan tərəfindən neftə tələb gündəlik 4,65 milyon barel təşkil edib. Bu isə ötən ilki göstəricilərdən təxminən 3,5% daha yüksəkdir. Sözügedən göstərici Asiyanın İnkişaf Etmiş Ölkələrindən olan tələbatın təxminən 35%-i, bütün dünya üzrə İnkişaf Etmiş Ölkələrin tələbatının isə təqribən 14%-dir.

OilGas.az

 

 

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ