“Karbohidrogen enerji mənbələri hələ də siyasiləşdirilmiş addımların nəhəng risklərini daşıyır” – Avtandil Məmmədov

“Karbohidrogen enerji mənbələri hələ də siyasiləşdirilmiş addımların nəhəng risklərini daşıyır” – Avtandil Məmmədov

Oilgas.az Enerji məsələləri üzrə ekspert Avtandil Məmmədovun Yenicag.az-a eksklüziv müsahibəsini təqdim edir:

– Avtandil müəllim, mediada Almaniyanın BnetzA Federal Şəbəkə Agentliyinin “Şimal axını-2” kəməri üçün hazırlanan qaz direktivləri qaydalarına qarşı “immunitet” tətbiq edilməyəcəyi haqqında xəbərlər yayılıb. Söhbət nədən gedir?

– Böyük ehtimalla, biz yaxın gələcəkdə neft-qaz bazarındakı tənzimləmələrdə yeni yanaşmaların şahidi olacağıq. Öncə onu deyim ki, “Qaz direktivi” ifadəsinin doğru seçildiyini düşünmürəm. Söhbət Avropa Birliyinin 2009-cu ildə qəbul etdiyi 5 direktivdən ibarət “Üçüncü Enerji Paketı” adlanan normativlər dəstindən gedir. 5 direktivin 3-ü birbaşa AB-də təbii qaz bazarına aiddir. Paketa görə, qaz hasilatına birbaşa, ya da dolayısı ilə məşğul olan şirkət və ya şirkətlər qrupu AB sərhədləri daxilində qazın nəqli ilə məşğul ola bilməz. Bununla yanaşı, hətta istehsalçı şirkətin qaz kəmərinə sahib olmaq üçün xüsusi icazəsi olsa belə, kəmərin operatoru nəqlin 50 faizini digər istehsalçı şirkətlərdən almalıdır. İndi Almaniya “Şimal axını-2“-ni milli qanunvericiliyindən kənar tutmaq istəyir. Çünki bu kəmərə İsveçrənin «Nord Stream 2» şirkəti vasitəsilə “Qazprom” nəzarət edir – yəni layihənin tək səhmdarı “Qazprom”dur.

– BNetzA-nın “Şimal axını-2”yə məhz indi – 4-5 ayda karbohidrogen ehtiyatların bir neçə dəfə dəyər itirdiyi bir zamanda məhdudiyyətlər qoyması hansı nəticələrə gətirib çıxara bilər?

– İndi, siyasətçilərin bir-birinə verdikləri sözə uyğun deyil, reallığa dayanaraq addımlar atmaq üçün geniş imkanlar yaranıb. Ancaq baş verənləri yalnız bu səbəbə bağlamaq da doğru deyil. Aprelin 22-də Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklər səsə qoyulmalı idi, ancaq COVİD-19-a görə proses təxirə düşdü. Fikrimcə, bu dəyişikliklərin bəzi maddələri xarici ölkələrin bir çox qurumları, investorlar, hətta alqı-satqı üzrə sadə müqavilələrin tərəfləri üçün belə təhlükə qaynağıdır. Əgər həmin dəyişikliklər qəbul edilsə, Rusiya Federasiyası Konstitusiya Məhkəməsi öz qərarı ilə “ümumi düzənə ziddir” deyərək xarici və beynəlxalq məhkəmələrin, xarici və beynəlxalq arbitraj məhkəmələrinin qərarlarını Rusiya dövlətinə icra etməmək hüququnu yarada bilir. Düzəlişlərdə işlədilən “ümumi düzən” o qədər geniş təfsir oluna biləcək ifadədir ki, gərək olduğu zaman cavabdehi istənilən vəzifədən imtina səbəbi kimi göstərmək mümkündür. Ola bilər, Almaniya bu qərarı Federal Kəşfiyyat Xidmətindən (Almaniyada BND adlanır) “Şimal axını-2”-nin siyasi və digər riskləri haqqında aldığı rəy əsasında verib və məqsəd Rusiyanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsi halında risklərin minimuma endirilməsidir.
Bəhsi gedən bu dəyişiklər baş tutarsa maliyyə alətləri bazarında da böyük çətinliklər yaradacaq. Çünki maliyyə alətləri yerləşdirildikdə , emitent investorun risklərini açıqlamlıdır, bu risklər barədə ehtimal olunan məhkəmə prosedurlarını göstərməmək isə mümkün deyil.

Məsələn, Rusiya sənayesinin parlaq şirkətlərindən, dünya boru istehsalçılarının TOP 5-nə daxil olan “TMK” Boru Metallurgiya Şirkəti TRUBRU`20 avrobondlarını yerləşdirən zaman investorları Rusiya Konstitusiyasına gözlənilən dəyişikliklərin investorlar arasında qeyri-müəyyənliyə və ümumi iqtisadi durumun pisləşəməsinə gətirib çıxara biləcəyi haqda xəbərdar etməyə məcbur oldu. Xoşbəxtlikdən hələlik TMK-nın fenomenal texnılıji səvviyəsi və uğurları hüquqi qeyri-müəyyənliyin qorxulu perspektivlərini üstələyir və buna görə də avrobondlar çox uğurlar yerləşdirilib.

-Avtandil müəllim, Avropa Birliyinin Üçüncü Enerji Paktı Azərbaycan üçün hansı çətinliklər yarada bilər?

Azərbaycandan alınan qazı nəql edən kəmərlərlə bağlı belə çətinlik yoxdur. TANAP Azərbaycan qazını daşıyır, yalnız Avropa Birliyinin sərhəddinə çatanda qaz TAP-a – Transadriatik qaz kəmərinə ötürülür. TAP-ın səhmləri belə bölünüb – BP (20%), SOCAR (20%), Snam SpA (20%), Fluxys (19%), Enagas (16%) и Axpo (5%). SOCAR-ın 20 faizlik paya sahib olması Üçüncü Enerji Paktının tələblərinə uyğun olmasa da, 2011-ci il sentyabrın 7-də TAP-a istisna tanınıb, 2013-cü il matın 16-da isə istisnalar genişləndirilib. Məncə, əgər SOCAR və BP TAP üçün 50 faizə iddialı olsaydılar belə, AB-dən yenə də istisna almaq olardı.

– Azərbaycan üçün əlverişli olsa da sual yaranır – niyə şirkətlərin bəzilərinə sərt qaydalar qoyulduğu halda Azərbaycana istisnalar verilib?

– Hüquqi müəyyənlik, ya da qeyri-müəyyənlik, dövlət orqanlarının neft-qaz şirkətlərinin fəaliyyətinə həddindən artıq aludə olması bu məsələdə öz nəticəsini göstərib. “Şimal axını-2” məsələsi həddindən artıq siyasiləşdirilib. “Qazprom” Ukrayna qaz nəql kəməri ilə Avropaya eyni həcmdə qaz verə bilərdi. Ancaq Rusiya ilə Ukraynanın münasibətləri yumşaq desək, qeyri-müəyyən olduğundan, Ukraynadan keçməklə Avropaya qaz verilməsi məsələsi də hədsiz mürəkkəbləşdi. Məsələnin bu cür siyasiləşdirilməsi, hətta deyərdim, hərbiləşdirilməsi, üstəlik hüquq sistemində qaranlıq perspektivlər AB liderlərini riskləri sığortalayacaq addımlar atmağa məcbur edir və bu məsələdə onlara haqq verməmək mümkün deyil.

– “Şimal axını-2”-nin gələcəyini necə görürsüz? Siyasi “çətir” onu nə qədər qoruya biləcək?

– Hər halda, yaxınlarda kəmərin sökülüb borularının metalloma göndəriləcəyi gözlənilmir. Əgər BNetzA-nın qərarı təsdiqlənsə, “Qazprom” qaz kəmərinin tikintisini başa çatdırmağa, qazı isə AB sərhəddində isə başqa qaz nəqliyyat şirkətinə satmağa məcbur olacaq. Məsələn, Almaniyanın Ruhrgaz şirkəti sərhəddə qazı ala, onu istehlakçılara çatdıra bilər. Bir zamanlar “Türk axını” üçün də bu yöntəm seçilmişdi. Türkiyənin AB sərhədlərinə qədər qazı “Qazprom” daşıyacaq, Ədirnədə paylayıcı şəbəkə yaradılacaq və Avropa Birliyi ölkələri qazın qəbulu və daşınmasını sərbəst formada o Ədirnədəki şəbəkədən başlayaraq həyata keçirəcəklər. “Qazprom” Ruhrgaz-la təbii qazın Leninqrad vilayətinin Ust-Luqa qəsəbəsindəki qovşaqda alınması üzrə də danışıqlar apara bilər. Ancaq kəmərin Ust-Lugadan sonrakı hissəsinin tikintisi üçün kompensasiya məsələsində tərəflərin anlaşa biləcəyi ehtimalı azdır. Prosesə Rusiyanın ikinci bir şirkətinin «НОВАТЭК» in qoşulması da inandırıcı deyil. Üçüncü Enerji Paketındə istehsalıçı və nəqliyyat şirkətlərinin qarşılıqla asılılığı əlamətləri haqqında qaydalar çox sərtdir.

– Qaz kəmərinin operatoru və hasilat şirkətlərinin eyni olması AB üçün nədən belə prinsipialdırsa, hər hansı bir hasilatçı şirkətin qaz kəməri operatorunun kapitalında iştirak payını məhdudlaşdılması halında investisiyalarını geri qaytara bilər? Axı, operator layihəyə milyardlarla vəsait yatırır, kəmərin …

Çox mürəkkəb məsələdir. Çünki hakimiyyət orqanlarının qaz kəməri operatorunun kapitalında iştirak payını məhdudlaşdırmaq qərarı qaz kəməri artıq tikilmiş olduqda, işlədikdə və bütün icazələr alındıqda verilə bilər. Bu zaman Enerji Xartiyası Müqaviləsinin müddəları dövriyyəyə girir. Təbii, əgər ölkə onu imzalayıbsa… Azərbaycan bu müqaviləni ratifikasiyadan keçirib, Rusiya isə yox. 1994-cü ildə qəbul olunan həmin sənədə görə, mülkiyyət hüququnun itirilməsinə səbəb olan dövlətin tənzimləyici orqanlarının aktlarının tətbiq olunduğu bu cür investisiyalara tam kompensasiya ödənməlidir.
“Şimal axını-2” layihəsinə gəldikdə isə, dütün kommersiya risklərini gözə alan və “Üçüncü Enerji Paketı”nin müddalarını əvvəlcədən bilən, ancaq siyasi vədlərə dayanaraq, istisnaya halınınm tətbiqinə ümid edən investora bütün kompensasiyanın ödəməsi inandırıcı deyil.

Bax elə bu “Şimal axını-2” məsələsi karbohidrogen bazarının nə qədər siyasiləşdiyini və bu siyasılıəşmənin doğuracağı böhranların ən parlaq nümunəsidir.

122 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ