Kanadanın neft kasıblığı

Kanadanın neft kasıblığı

Kanadanın neft sektoru kasıblıq dövrünü yaşayır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin neft qumlarından əldə olunan “qara qızıl”ı WTI markalı neftə nisbətən çox ucuzlaşıb.

Western Canada Select (WCS) markalı neftin bir barelinin dəyəri 30 dollara qədər ucuzlaşıb. WCS ilə WTI markalı neft arasında qiymət fərqi həmişə olub. Bu, həm neft markalarının müxtəlif keyfiyyətə malik olması, həm də Albert ərazisində neft qumlarındna əldə olunan xam malın uzaq məsafələrə daşınmasındakı xərclərlə əlaqəlidir. lakin adətən bu iki marka arasındakı qiymət fərqi təxminən 10 dollar təşkil edir.

Hazırda isə vəziyyət tam dəyişib. Belə ki, Texas nefti ilə Kanada nefti arasındakı qiymət fərqi 25 dollardan daha çoxdur. Bu isə son 4 ilin maksimal göstəricisidir.

OilGas.az

97 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ