Kaladze istefa verdi – Nazir postu onu qane etmədi

Kaladze istefa verdi –  Nazir postu onu qane etmədi

Gürcüstanın energetika naziri Kaxa Kaladze istefa verib.

OilGas.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bundan sonra o Tbilisinin meri vəzifəsini tutmaq üçün mübarizə aparacaq.

Bu gün Kaladze vəzifədə olduğu müddətdə gördüyü işlər barədə hesabat verib. Məhz bu əsnada sabiq nazir istefa verdiyini açıqlayıb:

“Bu gün mən vəzifəmi tərk edirəm. Mənim üçün çox vacib bir mərhələ başlayır. Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Tbilisi meri vəzifəsinə namizədliyimi irəli sürüb. Seçiləcəyim təqdirdə, uğurlu ola bilmək üçün hər şey edəcəm. Mən bizim komandanın – tbilisililərin birliyinə inanıram. Mənim ümidim böyükdür. Bir-birimizə dəstək olmaqla, hər şeyə nail ola bilərik. Komandama, tərəfdaşlarıma  bir daha təşəkkür edirəm”.

Qeyd edək ki, Kaxa Kaladze 2012-ci il oktyabrın 25-dən Gürcüstanın energetika naziri vəzifəsində çalışıb.

OilGas.az

 

190 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ