JP Morgan: Neftin qiyməti 60 dolları ötəcək

JP Morgan: Neftin qiyməti 60 dolları ötəcək

Neft hasilatının azaldılması barədə Vyana sazişinin müddəti 2017-ci ilin sonuna qədər uzadılarsa, neftin qiyməti 60 dollar/bareli ötəcək.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, belə proqnozla “JP Morgan” bankının analitikləri çıxış ediblər.

Ekspertlər qeyd edirlər ki, neft qiymətlərinin artımı OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatını stimullaşdıracaq. Bu isə 2018-ci ildə neft bazarında balanslaşdırma proresinə ciddi çətinlik yaradacaq.

“JP Morgan” analitiklərinin proqnozlarına əsasən, 2017-ci ildə Brent neftinin orta qiyməti 55,78 dollar/barel, 2018-ci ildə isə 55,5 dollar/barel olacaq.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Sazişin müddətinin uzadılması ehtimalı mayın 25-də Vyanada müzakirə olunacaq.

OilGas.az

 

381 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ