“JBC Energy”: Neft 40 dollardan daha ucuz ola bilər

“JBC Energy”: Neft 40 dollardan daha ucuz ola bilər

“Əgər OPEC neft hasilatını daha böyük həcmdə məhdudlaşdırmasa, 2018-ci ilin ilk rübündə Brent markalı neftin bir barelinin dəyəri 40 dollardan da aşağı düşə bilər”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir proqnozla “JBC Energy” araşdırma şirkətinin ekspertləri çıxış ediblər. Ekspertlər bildiriblər ki, hazırda qiymətlər ABŞ-da ehtiyatların azalması tərəfindən dəstək alır. Yay fəslində ənənəvi olaraq təlabat ən yüksək həddə çatır. Sentyabrın əvvəllərindən etibarən tələbat azalır. Brent markalı neftin dəyəri bu il 45-47 dollar aralığında dəyişə bilər. Lakin qiymətlərin gələcək taleyi çox çətin olacaq.

“Əgər OPEC heç bir tədbir görməsə və 2018-ci ilin birinci rübündə hasilata eyni həcmdə məhdudlaşdırma tətbiq olunsa, bazarda təklif artıqlığı qorunacaq. Ehtiyatların azaldılması üçün OPEC daha böyük həcmdə məhdudlaşdırmaya razı olmalıdır. Lakin inanmıram ki, onlar bunu etmək istəsin”, -deyə “JBC Asia”nın icraçı direktoru Riçard Qorri bildirib.

OilGas.az

218 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ