İyun ayında BTC kəməri ilə nə qədər Azərbaycan nefti nəql olunub?

İyun ayında BTC kəməri ilə nə qədər Azərbaycan nefti nəql olunub?

2017-ci ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 212 764 ton Azərbaycan nefti nəql olunub.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 13 174 287 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il iyul ayının 1-dək BTC-yə 334 712 349 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin iyun ayında BTC kəməri ilə 564 548 ton Türkmənistan nefti nəql olunub.

OilGas.az

 

236 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ