İsrailə qeyri-qanuni yolla satılan neft…

İsrailə qeyri-qanuni yolla satılan neft…

İraq Türkman Cəbhəsinin sədr müavini Həsən Turan Bərzaninin Kərkük neftini illegal yollarla İsrailə satdığını iddia edib.

OilGas.az xarici KİV-ə istinadən xəbər verir ki, Kərkükdən millət vəkili seçilmiş Həsən Turan İsrail mətbuatında çıxan “Kərkük neftindən məhrum qaldıq” başlıqlı xəbərlərə münasibət bildirib. O, yazıların əsasında Bərzaninin illeqal neft satışlarının durduğunu söyləyib:

“Ən çox nefti İsrail alırdı. İkinci sırada isə italyan şirkətləri gəlirdi. Neftdən əldə olunan gəlir Şimali İraq hökümətinin büdcəsinə gedirdi. Hal-hazırda gündə 225 min barel neft ixrac olunur. Əvvəllər isə daha çox neft ucuz qiymətə satılır və hesabata daxil edilmirdi. Artıq qeyri-qanuni neft satışı həyata keçirə bilməzlər.”

75 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ