İsmayıllının ucqar dağ kəndinin qazlaşdırma işlərinə başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İsmayıllı rayonunun, Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb.

Birlikdən OilGas.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda məxbəxdə yerləşən qaz cihazına qədər 7 900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub.

Cari ilin yanvar ayının əvvəlindən işlərə başlanılıb, ancaq dağlıq relyef olduğundan texnikanın işləyə bilməməsi, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, havanın şaxtalı,qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq qazlaşdırma işlərinin bu ilin may ayının sonlarına kimi başa çatdırılması planlaşdırılıb.

381 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ