İşıq pulu borcunu öyrənəndə şoka düşdü – 284 milyard dollar

İşıq pulu borcunu öyrənəndə şoka düşdü –  284 milyard dollar

ABŞ-da enerji şirkətlərindən biri müştərisinə istifadə etdiyi elektrik enerjisinə görə 284 milyard dollarlıq borc vərəqi göndərib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Pensilvaniya ştatında yaşayan Meri Xoromanski adlı qadın “Penelec” enerji şirkətinə olan “borc”unu öyrənəndə şok keçirib. Bu isə heç də təəccüblü deyil. Belə ki, Merinin bu borcu ABŞ-da ən böyük şirkət olan “Walmart”ın bazar dəyərini belə ötür.

“Sahib olduğumuz hər şeyi satsaq, bu borcu ödəmək üçün təxminən 100 il daha zamana ehtiyacımız olacaq”, -deyə Xoromanski bildirib.

Dünyanın ən böyük kommunal borcu ilə bağlı həqiqət sonradan ortaya çıxıb. Şirkət səhvə yol verdiyini etiraf edib. Daha sonra qadına 284 dollarlıq işıq pulu göndərilib.

OilGas.az

134 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ