İŞİD neft buruqlarını dağıdır

Suriya ordusu İŞİD silahlılarının mövqelərinə hücum etməkdə davam edir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, geri çəkilən İŞİD terrorçuları neft buruqlarını, kiçik zavodları dağıdırlar. Neft rayonlarında hər yerdə içərisində yanacaq qalan atılmış sisternləri görmək mümkündür. Suriya neftçiləri əmindirlər ki, quyuların bir hissəsini bərpa etmək mümkündür.

Rakka əyalətində neft hasilatının bərpasına cavabdeh olan mühəndis-nefçi Ali İbrahim bildirib ki, Suriya Rakka ərazisində 40-dan çox neft buruğu üzərində nəzarəti bərpa edib.

Qeyd edək ki, İŞİD terrorçuları qeyri-leqal neft hasilatından böyük miqdarda gəlir əldə edib. Hasil olunan nefti “qara bazar”da satan terrorçular bu pulla özlərinə silah-sursat alıblar.

OilGas.az

573 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ