İŞİD-in pulu tükənir – Neft əldən çıxır

İŞİD-in pulu tükənir – Neft əldən çıxır

2015-2017-ci illərdə İŞİD terror qruplaşmasının neft satışından gəlirləri 90% aşağı düşüb.

OilGas.az “USA Today”ə istinadən xəbər verir ki, terrorçuların bu sahədəki qazancları 50 milyondan 4 milyon dollara qədər enib.

Məlumata görə, bu zamana qədər vasitəçilər nefti Suriyada yerli bazarlarda satır və ya digər ölkələrə çıxarırdılar. Neft satışlarından əldə edilən gəlir terrorçuların qazanclarının yarısını təşkil edirdi. İŞİD büdcəsinin yerdə qalan hissəsini oğurluq, talan yolu ilə təmin edirdi.

Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun analitiki Endryu Tabler qeyd edib ki, terror qruplaşması üçün gəlirin yarısının itirilməsi böyük önəm daşıyır:
“Onların əraziləri, eləcə də əhaliyə vergi tətbiq etmək bacarıqları məhdudlaşır”.

OilGas.az

300 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ