İşçi Qrupu toplandı – Yeni qanun layihəsi müzakirə olundu

İşçi Qrupu toplandı – Yeni qanun layihəsi müzakirə olundu

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının 4.2 bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 7 aprel tarixli 243s nömrəli Sərəncamının 2.1-ci bəndində “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması tapşırığı verilib.

OilGas.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu tapşırığın icrasını təmin etmək məqsədi ilə 2017-ci il 25 iyul tarixində yaradılmış İşçi Qrupun 2-ci iclası keçirilib. İclasda Azərbaycanın elektroenergetika sektoruna ümumi baxışı nəzərdən keçirilib və Azərbaycanda tətbiq olunacaq elektrik enerjisi bazarının model variantları və yeni Qanun layihəsinin strukturu müzakirə edilib.

Bununla yanaşı, yeni “Elektroenergetika haqqında” Qanun layihəsinin hazırlanmasına Azərbaycan Respublikasının Energetika Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən USAİD-nin Aşağı Emissiyalı İnkişaf üzrə Potensialın Artırılması Strategiyası proqramı çərçivəsində təcrübəli xarici və yerli ekspertlər də cəlb edilib.

OilGas.az

250 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ