İraqdan Türkiyəyə yeni boru kəməri tikilir

İraqdan Türkiyəyə yeni boru kəməri tikilir

İraq Kərkük neftinin Türkiyənin Ceyhan limanına daşınması üçün yeni boru kəməri inşa etməyə başlayıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Neft Nazirliyinin mətbuat xidməti Asim Cihad məlumat verib. Onun sözlərinə görə, neft naziri Cabbar əl-Laibi layihənin “inşa et – təslim et – işlət” modeli üzrə icra edilməsinə dair göstəriş verib. Yaxın zamanda burada iştirak etməkdə maraqlı olan şirkətlər dəvət olunacaq.

A.Cihad qeyd edib ki, sözügedən boru xətti terror hücumları nəticəsində zərər görən keçmiş boru kəmərinə alternativ olacaq.

OilGas.az

 

 

117 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ