İraq ordusu neft və qaz yataqlarına nəzarəti ələ keçirdi

İraq ordusu neft və qaz yataqlarına nəzarəti ələ keçirdi

İraq ordusu Kərkük şəhərinə doğru irəliləyib.

OilGas.az Associated Press agentliyinə istinadən xəbər verir ki, ordu şəhərin bəzi bölgələrində nəzarəti ələ alıb.

İraq Silahlı Qüvvələrinin nümayəndəsi Ahmed əl-Assadi bildirib ki, ordu qarşıya qoyulan bütün məqsədlərə çatıb. Hökumət qüvvələrilə “peşmərgə” dəstələri arasında silahlı toqquşmalara olsa da, ölən və yaralananlar barədə hələ ki məlumat yoxdur.

Yayılan xəbərdə bildirilir ki, bir sıra qaz və neft yataqları, eləcə də hava limanı hökumət qüvvələri tərəfindən nəzarətə götürülüb.

OilGas.Az

227 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ