İraq işğal etdiyi Küveytlə razılaşdı – Kompensasiya təbii qazla ödənəcək

İraq işğal etdiyi Küveytlə razılaşdı – Kompensasiya təbii qazla ödənəcək

Küveyt İraqdan alacağı müharibə təzminatının bir qisminin qarşılığında bu ölkədən təbii qaz idxal edəcək.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Küveytin neft naziri Əssam əl-Marzuk məlumat verib. Tərəflər arasında qiymət barədə müzakirələrin davam etdiyini deyən əl-Marzuk mövzu ilə bağlı ətraflı danışmayıb:

“Alacağımız təzminatın bir qisminin qarşılığında İraqdan təbii qaz satış almaq təklifini qəbul etdik”.

Qeyd edək ki, 2013-cü ildə BMT Kompensasiya Komissiyası İraqın 1990-cı ildəki işğalı zamanı zərər görən Küveytə 1.24 milyard dollar kompensasiya ödənilməsini qərarlaşdırıb.

OilGas.az

230 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ