İranın Rusiyaya elektrik nəqli planı – Azərbaycanla danışıqlar aparılır

İranın Rusiyaya elektrik nəqli planı – Azərbaycanla danışıqlar aparılır

İran Rusiyaya elektrik enerjisi nəql etmək niyyətindədir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın energetika naziri Reza Ardakanian məlumat verib.

Nazir bildirib ki, İran elektrik enerjisini Azərbaycan və Ermənistan vasitəsilə Rusiyaya ötürmək istəyir. Bu məqsədlə ölkələrlə danışıqlar aparılır.

“Bu gün İran üçün başlıca məqsəd Avropa elektrik şəbəkələrinə qoşulmaqdır. Bu ideyanı reallaşdırmaq üçün Tehranın bir neçə variantı var”, -deyə nazir qeyd edib.

Qeyd edək ki, bu ilin aprelində Azərbaycan, Rusiya və İranın energetika nazirləri 3 ölkənin enerji sistemlərinin birləşdirilməsi üzrə işçi qrupunun yaradılması məsələsini müzakirə etmişdi.

68 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ