İranda neft yatağında yanğın: ölənlər var

İranda neft yatağında yanğın: ölənlər var

İranın cənub hissəsində yerləşən neft buruğunda yanğın baş verib.

OilGas.az İran KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 4 neftçi ölüb.

Yanğının söndürülməsi üçün hadisə yerinə bir neçə vertolyot cəlb edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu, son 3 gün ərzində İranın neft yataqlarında baş verən ikinci yanğın hadisəsidir. Cümə günü Tehran yaxınlığında yerləşən neft emalı zavodunda baş verən partlayışdan sonra yanğın başlamış, hadisə nəticəsində 6 nəfər ölmüşdü.

OilGas.Az

184 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ