İranda kriptovalyuta qadağası – Terrorun aləti hesab olunur

İranda kriptovalyuta qadağası  – Terrorun aləti hesab olunur

İranda kriptovalyuta əməliyyatları qadağan olunub.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir qadağayla İran Mərkəzi Bankı çıxış edib. Məlumata görə, yerli banklara bitkoin də daxil olmaqla bütün növ kriptovalyutalarla əməliyyat aparmaq qadağan edilib.

Ümumiyyətlə, kriptovalyutadan istifadə ölkənin bütün maliyyə sistemində qadağandır.

Qeyd edək ki,İran Mərkəzi Bankı ktiptovalyutalarla əməliyyata qadağa qoyulması barədə hələ ötən ilin sonlarında qərar qəbul edib. Qadağaya səbəb kimi kritovalyutaların terrorçuluğun maliyyələşdirilməsində və çirkli pulların yuyulmasında istifadə olunması göstərilir.

176 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ