İranda gündəlik neft ixracı 2,2 milyonu ötüb

İranda gündəlik neft ixracı 2,2 milyonu ötüb

Bu ilin iyul ayında İranın gündəlik neft ixracı 2 milyonu ötüb.

OilGas.az Mehr agentliyinə istinadən xəbər verir ki, sözügedən müddətdə İran Asiya və Avropa bazarlarına gündəlik 2,2 milyon bareldən çox neft ixrac edib. Bu isə iyun ayı ilə müqayisədə gündəlik 45 min barel daha çoxdur. Mənbənin məlumatına görə, İranın Asiyada başlıca alıcıları Çin, Cənubi Koreya, Hindistan və Yaponiyadır.

Qeyd edək ki, İrana qarşı tətbiq edilən sanksiyaların qüvvədə olduğu müddətdə ölkədən təxminən 1 milyon neft ixrac olunub. Sankisiyalara qədər isə bu göstərici gündəlik 4 milyon bareldən daha yüksək olub.

OilGas.az

206 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ