İranda elektrik böhranı yaranıb

İranda elektrik böhranı yaranıb

İranın Enerji Nazirliyi elektrik istehlakının rekord səviyyəyə çatdığını açıqlayıb.

OilGas.az xəbər verir ki, nazirlik elektrik enerjisindən həddən artıq istifadə olunmasının arzuolunmaz hallara səbəb olacağını bildirib. Rəsmi hesabatda bütün ölkədə elektrik enerjisinin verilişində fasilələrin yaranacağı bildirilib. Gün ərzində 58 min meqavat elektrik enerjisinin istehsal olunduğu, lakin istehlak rəqəmlərinin bu həddi aşmaq üzrə olduğu qeyd olunub.

Hesabatda vətəndaşlara xəbərdarlıq edilib:

“Enerji Nazirliyinin rəsmi nümayəndələrinin xəbərdarlıqlarına və elektrik enerjisindən qənaət edilməsi üçün iş saatlarının azaldılması kimi tədbirlərə baxmayaraq, istehlak göstəriciləri rekord səviyyədən enmir. Ölkəmizin elektrik şəbəkəsi böhran vəziyyətindədir”.

255 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ