İran Vyana sazişini dəstəkləyir – Lakin bir şərtlə…

İran Vyana sazişini dəstəkləyir – Lakin bir şərtlə…

Dünya neft istehsalçılarının əksəriyyəti neft hasilatının azadılmasına dair Vyana sazişini dəstəkləyirlər. Sözügedən addımı dəstəkləyən ölkələr arasında İran da yer alır.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran neft naziri Bijan Zanqan məlumat verib. Onun sözlərinə görə, digər ölkələr sazişin şərtlərinə əməl edəcəyi təqdirdə, İran sazişin müddətinin uzadılması təklifini dəstəkləyir.
Nazir Hindistanın 2017-2018-ci illərdə İran neftinin idxalını təxminən 20% azaltmaq qərarına gəldiyini açıqlayıb. Lakin İran bu qərarı hədə kimi nəzərdən keçirmir:

“Hindistanın İrandan neft idxalını azaltması bizim üçün heç bir problemə yol açmır. Belə ki, bizim digər alıcılarımız da var”.

“İran qazının İraqa nəqli müəyyənləşdirilib. İraqa qaz ixracı istənilən an başlaya bilər. Maliyyə problemi mövcuddur, lakin bu tezliklə həll olunacaq”, -deyə iranlı nazir vurğulayıb.

Bijan Zanqan onu da əlavə edib ki, İraqa 50 milyon kub metrdən çox qaz ixrac ediləcək.

OilGas.az

399 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ