İran və ABŞ arasında enerji savaşı

İran və ABŞ arasında enerji savaşı

Suriyanın şərqində enerji mənbələrinə görə mübarizə davam edir.

OilGas.az xəbər verir ki, İranın Hərbi Hava Qüvvələri Deyrizorun PYD/PKK işğalı altında olan Konika təbii qaz yatağına nəzarəti ələ keçirtmək üçün hücumlara davam edir. Ötən həftədən bəri İran tərəfindən terror təşkilatına ağır zərbə endirilməsi ABŞ-ı qıcıqlandırıb. Buna görə də, ABŞ əsgərləri dünəndən etibarən İranın ehtimal edilən hücumlarına qarşı hazır vəziyyətə gətirilib. Hazırda bölgədə gərginlik hökm sürür.

Qeyd edək ki, Deyrizor ölkənin ən zəngin enerji qaynaqlarına sahibdir. Şəhəri iki hissəyə bölən Fərat çayının şərqində çoxlu sayda neft və qaz yataqları var.

97 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ