İran Türkmənistanı məhkəməyə verir – Zərər ödənilməlidir

İran Türkmənistanı məhkəməyə verir – Zərər ödənilməlidir

“İranın artıq Türkmənistandan qaz nəql etməyə ehtiyacı yoxdur”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu iranlı deputat Əsədulla Karehani bildirib. Onun sözlərinə görə, gələn həftə İranda yeni daxili boru kəməri işə salınacaq. Uzunluğu 175 kilometr olan kəmərin sayəsində təbii qazı ölkənin şimal regionlarına çatdırmaq mümkün olacaq.

Karehani qeyd edib ki, qaz tədarükü barədə müqaviləni birtərəfli qaydada pozduğu üçün İran Türkmənistana qarşı məhkəməyə müraciət edəcək. Məhkəmədə Türkmənistandan dəymiş zərərin ödənilməsini tələb olunacaq.

“2007-ci ildə İranın təbii qaz tədarükü üçün heç bir alternativi olduğu dövrdə Türkmənistan qiymətləri qaldıraraq İranı çıxılmaz vəziyyətə saldı. Müqavilənin öhdəliklərini yerinə yetirmədiyi üçün Türkmənistan cərimə olunmalıdır”, -deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından etibarən Türkmənistan İrana qaz tədarükünü dayandırıb. Buna səbəb 1,8 milyard dollar (bəzi məlumatlara görə, 2 mlrd.)  məbləğində borc göstərilib. İran tərəfi isə borcu inkar etməsə də, məbləğin yenidən hesablanmasını tələb edir.

OilGas.az

 

221 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ