İran qaz hasilatını artırmaq üçün əməliyyata başladı

İran qaz hasilatını artırmaq üçün əməliyyata başladı

İranın Qətərlə birgə qaz yatağı olan Cənubi Pars qaz yatağının (Qətərdə şimal günbəzi) 8-ci fazasından hasilatın artırılması üzrə turşunun (well acidizing) quyulara vurulması əməliyyatına başlanılıb.

Oilgas.az-ın məlumatına görə, bu, İranın Pars Neft-Qaz Şirkətinin məlumatında öz əksini tapıb.

Bu əməliyyatın başa çatdırılması ilə bu fazadan iki il müddətinə davamlı şəkildə qaz hasil olunacaq.

Məlumatda bildirilir ki, Cənubi Parsın bu yatağından təxminən 800 milyard kubfut (22,6 milyard kubmetr) qaz hasilata əlavə olunacaq.

Cənubi Pars Qaz Yatağı (Qətərdə Şimal Günbəzi) İran və Qətər arasında birgə qaz yatağıdır. Bu yatağın 51 trilyon kubmetr qaz ehtiyatının olduğu və onun 36 trilyon kubmetrinin çıxarılmasının mümkün olduğu bildirilir.

Hazırda İranın Cənubi Pars qaz yatağından gündəlik qaz hasilatı 700 milyon kubmetrdən çoxdur. İranın indiyədək Cənubi Pars qaz yatağı ilə əlaqədar layihələrə 33 milyard dollar vəsait xərclədiyi bildirilir. İranın 75% qazını bu qaz yatağı təmin edir. İranın bu yataqda 24 fazası var.

787 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ