İran öz kriptovalyutasını buraxacaq

İran öz kriptovalyutasını buraxacaq

İran hökuməti milli rəqəmsal valyuta yaratmağı planlaşdırır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bildirib. Kriptovalyuta ölkənin ABŞ tərəfindən tətbiq olunan sanksiyalardan qorunması üçün nəzərdə tutulub.

Nazir qeyd edib ki, kriptovalyuta istifadəsi beynəlxalq arenada geniş yayılıb və İran digər ölkələrlə inkişaf tempini dəstəkləmək üçün öz mexanizmini hazırlamalıdır.

Cəhromi bildirib ki, layihə İranın dövlət bankı “Post Bank”ın rəhbərliyilə reallaşdırılacaq. Yaxın zamanda bank kriptoplatformanın işlənilməsi üçün tender elan edəcək. Nazir ölkənin bütün texniki mütəxəssislərini tenderdə iştirak etməyə çağırıb.

332 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ