İran: Neftin 60 dollardan baha olması OPEC-ə lazım deyil

İran: Neftin 60 dollardan baha olması OPEC-ə lazım deyil

“OPEC üzvləri Brent markalı neftin bir barelinin dəyərinin 60 dollardan baha olmasını istəmirlər”.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zanqane deyib. Onun sözlərinə görə, buna səbəb yüksək qiymətlərin şist neft istehsalının inkişafına şərait yaratmasıdır.

Nazir qeyd edib ki, son günlər neft qiymətləri hasilatın azaldılması və soyuq havalarda neft məhsullarına tələbin yüksəlməsi sayəsində bahalaşıb.

Xatırladaq ki, 2016-cı ilin noyabrında OPEC və kartelə daxil olmayan neft hasilat edən ölkələr hasilatın azaldılması barədə razılaşıblar. Vyanada imzalanan sazişə əsasən, ölkələr gündəlik hasilatın ümumi olaraq 1,8 mln barel azaldılmasına qərar veriblər. İlkin olaraq 2017-ci ilin birinci yarımilliyi üçün bağlanan sazişin müddəti bu ilin may ayında 2018-ci ilin sonuna qədər uzadılıb.

OilGas.az

242 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ