İran Kərkük nefti üçün İraqla razılaşdı – Nazir açıqladı

İran Kərkük nefti üçün İraqla razılaşdı – Nazir açıqladı

İraqın SOMO şirkəti ilə İran arasında Bağdadda müqavilə imzalanıb.

OilGas.az xəbər verir ki, bu barədə İranın neft naziri Cabbar əl-Laibi açıqlama verib.

Onun sözlərinə görə, anlaşma əsasında Kərkükdən hər gün İrana 30-60 min barel neft ixrac ediləcək.

Neft Kirmanşah sərhəddinə qədər tankerlərlə daşınacaq və burada İran şirkətlərinə təslim ediləcək.

Bundan başqa Kərkük neftinin daşınması üçün İranla İraq birgə boru xətti inşa etməyi də planlaşdırır.

OilGas.az

 

153 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ